Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Biz Azərbaycanla strateji tərəfdaşımız olaraq ikitərəfli münasibətlərin inkişafında son dərəcə maraqlıyıq. Biz bütün səviyyələrdə dialoqların inkişafında maraqlıyıq. Səfərimizin də əhəmiyyəti budur”, – Ukraynanın baş diplomatı vurğulayıb.
XİN başçısı Azərbaycanın Ukraynanın İrpin şəhərinə göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib:
“Biz artıq Azərbaycan tərəfindən Ukraynaya, xüsusilə İrpin şəhərinə göstərilən humanitar yardıma görə minnətdarıq. Biz bunu qiymətləndiririk. Həmçinin qış aylarında çətin vaxtlarda, ən çox ehtiyacımız olduğu zaman bizə göstərilən yardım, xüsusilə enerji avadanlığı ilə təmin olunmağımız üçün də minnətdarıq”.
O, iki ölkənin liderləri arasında daim təmasın olduğunu qeyd edib: “Ukrayna Prezidenti Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında daimi dialoq mövcuddur. Mənim ziyarətim hər iki ölkənin, hər iki xalqın xeyrinə ikitərəfli münasibətlərimizin daha da yaxınlaşmasına xidmət edən səfərdir və gözləntimiz böyükdür”.
Xatırladaq ki, mayın 25-da Sibiqanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu