Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə 26-27 may tarixlərində işgüzar səfərlə Rusiyaya gedəcək.
BUTA.TV xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.
"Mənbələrin bildirdiyinə görə, səfər çərçivəsində Fidanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi və rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyi gözlənilir. Bundan əlavə, Türkiyə nazirinin Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belousovla da ikitərəfli görüşləri planlaşdırılır", – deyə qeyd olunub.
Moskvada keçiriləcək danışıqlarda ikitərəfli münasibətlər, o cümlədən ticarət, enerji və turizm sahələri ətraflı müzakirə olunacaq.
- Məhərrəm ayı başlayır
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini