Azərbaycan ərazilərinin işğaldan azad edilməsiylə əlaqədar yeni reallıqlar da investisiya əməkdaşlığı üçün yaxşı perspektivlər yaradır.
BUTA.TV xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Daşkənd Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Baş nazir deyib ki, Azərbaycanda investorlar üçün əlverişli mühit yaradılıb. vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, hüquqi bazanın təkmilləşdirilməsi, investorların hüquq və maraqlarının, mülkiyyət toxunulmazlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir:
“Yaradılmış əlverişli mühit xarici sərmayədarlar üçün geniş imkanlar yaradır. Bunun nəticəsi olaraq, son 20 ildə Azərbaycanın iqtisadiyyatına 338 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycan ərazilərinin işğaldan azad edilməsiylə əlaqədar yeni reallıqlar da investisiya əməkdaşlığı üçün yaxşı perspektivlər yaradır. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır”.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir