Uzun müddətdir Azərbaycanda elektrik enerjisi və təbii qazın verilməsində limitlərin ləğv olunması məsələsi müzakirəyə çıxarılırdı. Ancaq limitlərin ləğv olunması nə ilə nəticələnə bilər və bunun qiymət dəyişikliklərinə səbəb olub-olmaması sual yaradır. Azərbaycan enerji ölkəsidir və biz elektrik enerjisini istehsal etməklə yanaşı, ixrac da edirik – o cümlədən də qaz. Ona görə də limitlər ləğv olunmaldır. Amma ümid edirəm ki, limitlərin ləğv olunması ilə paralel qiymət artımı həyata keçirilməz.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Milli Məclisdə müzakirə olunan elektrik enerjisi və qaz təchizatı ilə bağlı sabit tarif təklifini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, limit ləğvi və sabit tarifə keçid zamanı qiymətlərin 20% civarında artma ehtimalı var:
“Hesab edirəm ki, qiymət artımı olarsa, bu, biznesə də mənfi təsir göstərəcək və ümumilikdə ölkədə inflyasiyaya təkan verəcək. Ona görə də ümid edirəm ki, bahalaşma olmayacaq”, - ekspert bildirib.
Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihəsində sabit aylıq tarif tətbiq edilməsi təklif olunub.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi