Son zamanlarda Ermənistan ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı ilə bağlı müzakirələrdir. Həmçinin Azərbaycan rəhbərliyi də Ermənistan hökumətinin bu məsələyə diqqətlə yanaşmalı olduğunu vurğulayır.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, “Oragir” mövzu ilə bağlı erməni ictimaiyyətində sorğu keçirib.
Azərbaycanla sərhəddə yerləşən kəndlərdən birinin Anahit Barqesyan adlı sakinin cavabları xüsusi maraqla qarşılanıb. Belə ki, o, deportasiya prosesinə kimi qonşu kəndlərdə çox sayda azərbaycanlının yaşadığını deyib:
“Zuyqaqbyur kəndi Gümrünün mərkəzində 36 km məsafədə yerləşir. Əvvəllər kəndin “Qayquli”, “Çiftəli” kimi adları vardı. Hələ 1989-cu ilə kimi azərbaycanlılar burada bizimlə yaşayır, işləyir, ticarətlə məşğul olurdular. O vaxt çox normal ünsiyətimiz vardı. Lakin indi danışmaq çətin məsələdir”.
Qeyd edək ki, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası 1988-1989-cu illərdə həyata keçirilib. Rəsmi İrəvan və ermənilər dəfələrlə reallığı təkzib etməyə çalışsalar da, Barqesyanın açıqlamaları etiraf kimi dəyərləndirilib.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir