Ermənistanın Baş naziri Nikol Paşinyanın gələn il keçiriləcək parlament seçkisində qalib gəlmək üçün böyük perspektivləri var. O, artıq 8 ildir ki, hakimiyyətdədir. Müxalifət isə heç vaxt onun əsl rəqibinə çevrilməyib.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı ekspert Aleksandr Perenciyev Paşinyanın gələn il parlament seçkisində qələbə perspektivlərini şərh edərkən deyib.
“Müxalifət bu gündəliyin aktual olduğu əhali üçün baş nazirin uzaqlaşdırıla biləcəyi illüziyasını yaradır. Paşinyanın hakimiyyətdə olduğu 8 il ərzində sadə insanlar revanşizm məsələsindən arxayınlaşıb və qondarma “Qarabağ klanı”nın gündəmi onları bezdirib. Onlar sadəcə normal yaşamaq istəyirlər. Paşinyan sözün əsl mənasında erməni dünyasını, Ermənistanı yenidən “yükləməyə”, onun üçün yeni səhifə açmağa çalışır, “əsl Ermənistan” ideyasını təbliğ edir”, - o bildirib.
Perenciyev qeyd edib ki, Paşinyan Azərbaycan üçün yaxşı variantdır:
“Daha əvvəl necə deməsindən asılı olmayaraq, dinc səhifə onun hakimiyyəti altında başladı. Ermənistan Qarabağı Azərbaycanın olaraq tanıdı, sərhədlərin delimitasiyası prosesi başladı və sülh müqaviləsi razılaşdırıldı. “Qarabağ klanı” işğalçılarının mövqeyini nəzərə alaraq belə perspektivlər mümkün idimi? Ehtimal yoxdur. Eyni zamanda inanıram ki, bir gün Ermənistan Azərbaycandan Qarabağa görə üzr istəyəcək. Bu düzgün və məntiqli olardı”.
- İsraili hücumu zamanı Bagiri öldürülüb?
- İsrail hücumu: SEPAH komandiri də öldürüldü
- İsrail İrana zərbələr endirdi - Video
- Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı
- Paşinyan Türkiyəyə gedir
- Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir
- Rəsmi Bakıdan Hindistana başsağlığı verdi
- Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan