2025-ci il yanvarın 1-dən aprelin 30-dək Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanı vasitəsilə həyata keçirilən uçuşlara görə “Armaeronavigation”a 89 746 avro ödəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin rəsmi açıqlamasında bildirilib.
Bu, ötən ilin altı ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur. Belə ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödənişlərin məbləği 49 459 avro təşkil edib.
2023-cü ilin yanvarından may ayına qədər ödəniş 40 min avrodan bir qədər az, 2023-cü il üçün isə təxminən 80 min avro olub.
Ödənişlər “Avrokontrol”un (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, “Armaeronavigatsiya” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir