Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonun Soğanlı kəndində keçirilən toy mərasimində ” dollar yağışı”na tutulması ilə bağlı görüntülər yayılmışdı. Həmin video sosial mediada yüz minlərlə baxış toplamışdı.
Gununsesi.info-nun xəbərinə görə, Şəbnəm Tovuzunu “dollar yağışı”-na tutan həmin ailə, Ofeliya xanım və Luka ləqəbli oğlu narkotik alverçisi imiş.
Gürcüstanını Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıb.
Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.
Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişi zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.
Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar