Rusiyada tanınmış diaspor rəhbərlərindən biri olan Şahin Şıxlinski Rusiyanın paytaxtı Moskvada könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya xüsusi xidmətlərinə yaxınlığı ilə tanınan “ВЧК-ОГПУ” adlı Telegram kanalı yayıb. Bildirilib ki, Şıxlinski istintaq tədbirlərində iştirakı üçün Moskvadan Yekaterinburqa aparılıb.
Eyni zamanda, Rusiyanın 66.ru saytının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, Şıxlinskinin barəsində iki ayrı cinayət işi açılıb. Həmin ittihamlar qətl və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi maddələri üzrədir.
Musavat.com saytında isə Rusiya İstintaq Komitəsinin sədr müavini, ədliyyə general-polkovniki E.V. Kaburneev tərəfindın imzalanan ittiham aktı var. Rusiya İstintaq Komitəsinin Svedlovsk vilayəti üzrə şöbəsi tərəfindən yayımlanan sənədlərə əsasən, Azərbaycanın Ural bölgəsindəki diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mütəvəli Şıxlinski barəsində Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı