Rusiya 2008-ci ildə Gürcüstana qarşı savaşanda Bakı-Tiflis-Ceyhan boru xəttinə real təhlükə yaranmışdı. Rusyanın Gürcüstan ərazisinə atdığı mərmilərin boru xəttini zədələyəcəyi ehtimalı var idi. Həmin savaş uzansaydı, Kreml qəsdən boru xəttini zədələyə bilərdi. Çünki Azərbaycan neftinin Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına nəqli Kremlin yaralı yerlərindən biri idi.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Kremlinin müharibə ssenarisində dəyişən heç nə yoxdur, sadəcə indi hədəfdə Gürcüstan deyil, Ukraynadır və bu dəfə Azərbaycan qazının Ukrayna üzərindən nəql olunan boru xəttinə zərbə endiriblər. Bunun Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi ilə əlaqəsi azdır. Azərbaycan Ukraynaya qaz nəql etməyə başlayıb. Kreml raket zərbələri vasitəsilə bunun qarşısını almağa çalışır. Yəni Azərbaycan-Rusiya münasibətlərində bəlli gərginlik olmasaydı belə, Kreml Ukraynaya nəql həyata keçirilən boru xəttinə zərbə endirəcəkdi”, - politoloq vurğulayıb.
Qeyd edək ki, Rusiya hərbçiləri Odessa vilayətində magistral qaz kəmərinə zərbələr endirib. Bu kəmər vasitəsilə Ukrayna Azərbaycandan da qaz alır.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı