İsrailin Təhlükəsizlik Kabineti Baş nazir Benyamin Netanyahu tərəfindən təklif olunan Qəzzanın işğal edilməsi planını təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisindən məlumat verilib.
Məlumata görə, İsrail ordusunun Qəzzada qalan girovların həyatının riskə atılacağına və eyni zamanda humanitar fəlakətə səbəb olacağına dair xəbərdarlıqlarına baxmayaraq, qərar qəbul edilib.
Bununla yanaşı, Netanyahunun ofisinin açıqlamasında qəbul edilmiş təklifin əsas məqsədinin HƏMAS-ı məğlub etmək olduğu qeyd edilib.
İsrailin “Ynet” saytı isə yazıb ki, qərarda hüquqi səbəblərə görə “işğal” (occupy) sözü işlədilməyib, əvəzində “nəzarətə götürmək” (taking over) ifadəsindən istifadə olunub.
“Bu, İsrailin Qəzzadakı mülki əhali qarşısında hüquqi məsuliyyəti ilə bağlıdır”, - nəşr bildirib.
Adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi bunun formal xarakter daşıdığını və qərarın əslində tam hərbi idarəçiliyi nəzərdə tutduğunu deyib.
Məlumatda o da bildirilib ki, girovlarla bağlı razılaşma əldə olunarsa, Qəzzanın tam ələ keçirilməsi əməliyyatı dayandırıla bilər.
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi