Türkiyə Cənubi Qafqazdakı iki qonşusu - Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində atılan addımları alqışlayır.
BUTA.TV xəbər verir ki, bunu sözləri “Hürriyyət Deyli Nyus”un Ankara nümayəndəsi, türkiyəli jurnalist Sərkan Dəmirdaş deyib.
“Türkiyə Azərbaycan və Ermənistan arasında əldə edilən irəliləyişlə paralel olaraq Ankara ilə İrəvan arasında 2021-ci ildən bəri davam edən normallaşma prosesini irəlilətməyə hazır olduğunu bəyan edir.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və quru sərhədləri hələ də açılmayıb. Bununla belə, Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərin inkişafı və İrəvanın 1915-ci il hadisələri ilə bağlı mövqeyini dəyişməsi tərəflər arasında dialoqa təkan verib.
Azərbaycan və Ermənistan arasında daimi sülh sazişinə doğru irəliləyişdən asılı olaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər və siyasi-iqtisadi əlaqələrin qurulması ilə bağlı razılaşmalar gündəmdə olacaq”, - yazar bildirib.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı