Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının keçirildiyi məkanlarda ictimai təhlükəsizlik, o cümlədən yol hərəkəti təhlükəsizliyi daim diqqət mərkəzindədir. Bu məqsədlə tədbirlərin keçirilməsinə cəlb olunan polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN tərəfindən yarış iştirakçılarının, eləcə də beynəlxalq idman tədbirini izləməyə gələn çoxsaylı yerli və əcnəbi tamaşaçıların yollarda üzləşə biləcəkləri çətinliklərin həlli üçün də zəruri qabaqlayıcı tədbirlər görülür. Bu xüsusda yarış zonalarına giriş-çıxışların tənzimlənməsi, nəqliyyat axınının maneəsiz hərəkətinin təmin olunması və mümkün sıxlıqların qarşısının alınması məsələləri daim nəzarətdə saxlanılır.
“Respublikamızın beynəlxalq imicinə təsir göstərən və hazırda dünyanın hər yerindən izlənilən bu mötəbər idman yarışının təhlükəsiz başa çatması üçün hər bir yol hərəkəti iştirakçısından daha məsuliyyətli olmağı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməklə onun yaddaqalan olmasına töhfə verməyi xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi
- Britaniyada matəm elan edildi
- Cabir İmanovla bağlı şok iddia yayıldı
- Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...
- Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı
- Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi