Ukrayna ordusunun Rusiya ərazisində yerləşən neft emalı zavodlarına artan hücumları Moskvanın iqtisadi sabitliyinə ciddi təzyiqlər yaradır. Bu hücumlar təkcə Rusiya ordusunun təchizat imkanlarını zəiflətmir, həm də ölkə daxilində sosial narazılığın dərinləşməsinə səbəb ola bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Samir Hümbətov Ukrayna ordusunun Rusiya neft emal zavodlarını sistemli olaraq hədəf almasını şərh edərkən deyib.
“Rusiya üçün əsas qan damarı neft emalı zavodlarıdır. Rusiya hasil etdiyi nefti əsasən xam neft formasında satsa da, əhəmiyyətli hissəsini NEZ-lərə yönəldir - həm daxili tələbatı ödəmək, həm də xaricə satış üçün. Zavodların sıradan çıxarılması birbaşa olaraq qıtlığa, qiymət artımına və ictimai narazılığa gətirib çıxarır”, - o bildirib.
Hümbətov qeyd edib ki, Ukraynanın bu cür addımlarının arxasında siyasi motivlər də var:
“Əslində, Ukraynanın əsas hədəfi odur ki, Rusiyanın daxilində narazılığı gücləndirsin. Kiyev istəyir ki, Rusiya cəmiyyəti müharibənin ağırlığını daha çox hiss etsin və bu savaşı dayandırmaq üçün öz hakimiyyətinə təzyiq etsin”.
- İlham Əliyev Keniya prezidentini təbrik etdi
- Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?
- Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...