İkinci Qarabağ müharibəsi zamanı gərginlik baxımından Moskva görüşü digərlərindən fərqlənirdi.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, 2020-ci il oktyabrın 8-də Rusiya tərəfi Ermənistanla danışıqların keçirilməsini təkidlə təklif edib:
"Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, Rusiya XİN başçısı Lavrov tərəflərə sənəd təqdim etdi. Sənəd cəmi bir neçə maddədən ibarət idi. Oktyabrın 10-a keçən gecə bütün hərbi əməliyyatların dayandırılması, təmasın şərq hissəsində Rusiya sülhməramlıları və Azərbaycan ordusu, təmas xəttinin qərbində isə yenə Rusiya sülhməramlılarının və Ermənistan ordusunun yerləşdirilməsi təklif olunurdu".
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
C.Bayramovun bildirib ki, ərazinin boşaldılması nəzərdə tutulmurdu:
"Bu o demək idi ki, məsələ tam dondurulsun və bundan sonra heç nə artıq baş verə bilməz. Biz öz mövqeyimizdən çıxış edərək bildirdik ki, Ermənistanla danışığa hazırıq, Ermənistan ərazidən nə vaxt çıxacağını göstərsin. Sənədə Ermənistan da etiraz etdi".
Nazir xatırladıb ki, danışıqlar bir neçə saat çəkib və mövqelərdə heç bir tərpəniş olmayıb. Onun sözlərinə görə, Lavrov müəyyən məqamda manevr edərək bildirib ki, əvvəlki gün liderlərin danışığının olmasından məlumatlıdır, siz isə (XİN rəhbərləri - red.) onlardan bir qədər fərqli görünürsünüz:
"Biz isə buna cavab olaraq fasilə istədik ki, öz daxilimizdə müzakirəyə ehtiyac var. Onlar bizə yer ayırmaq istədilər. Lakin biz öz səfirliyimizə getmək istədik, Ermənistan isə danışıqlar olan məkanda qaldı. Biz səfirliyimizdə müəyyən kanallarla əlaqə saxladıq, cənab prezidentin təlimatlarını aldıq və addımlarımızı hazırladıq. Danışıqlara qayıdanda Rusiya Prezidenti Putin və müdafiə naziri Şoyqu zəng edən zaman Lavrov otaqdan çıxırdı. Biz danışıq zamanı mövqemizdən çəkinməyəcəyimizi bildirdik".
C.Bayramov bildirib ki, nəticəni həmin gün əldə etmək onlar üçün çox önəmli idi:
"Biz isə bildirdik ki, danışığa sabah da davam edə bilərik. Biz orada olanda Hadrutun işğaldan azad edildiyi elan olundu. Bu bizə xəbər verildi. Bundan 15 dəqiqə sonra Ermənistan nümayəndə heyətində təşviş gördük. Bu, günün maraqlı məqamı idi. Biz orada onlara da Hadrutun azad olunduğunu dedik, çünki Ermənistan tərəfi 5+2 formatı (işğal altında olan 7 rayondan Kəlbəcər və Laçın istisna olmaqla, beşinin dərhal azad edilməsi - red.) təqdim edəndə biz bunun işləmədiyini dedik. Bildirdik ki, artıq Cəbrayıl və Hadrut azad olunub".
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi