Can Azərbaycanla ikitərəfli əməkdaşlığımızla paralel Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki birlik və bərabərliyimizi də davam etdiririk.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.
Türkiyə prezidenti oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü xatırladıb:
“Zirvə görüşündə 15 dekabrın - Dünya Türk Dili Ailəsi Günü kimi təsis edilməsi təklifimin də UNESCO tərəfindən həyata keçirilməsindən məmnunam. Təşkilata sədrlik dövründə Azərbaycanla birliyimiz daha da güclənəcək. İndidən can Azərbaycana TDT-yə sədrlikdə uğurlar arzulayıram. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyası içərisində yerinin güclənməsini arzu edirəm”.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
“Vətən müharibəsində al qanları ilə torpağı suvaran şəhidləri rəhmətlə yad edib, qazilərə şəfa diləyirəm. Eyni şəkildə 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun bütün şəhidlərini, xüsusilə Ənvər Paşanı və Nuru Paşanı rəhmətlə yad edirəm”, - Ərdoğan vurğulayıb.
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...