Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla sülh perspektivinə inandığını bəyan edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, nazir İTV-yə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması ilə bağlı son iki ili nəzərə almalı olduqlarını deyib.
"2020-2023-cü ildə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz də suverenliyimizin bərpası üçün addım-addım gedirdik və 2023-cü ildə bunu tam olaraq bitirdik. Bu yeni reallıqları başa düşən Ermənistan sülh sazişi üçün həqiqi addımlar atmağa başladı. Ona görə də iki il müddətini götürməliyik", - nazir vurğulayıb.
Nazir hesab edir ki, son iki ildə proqres və son olaraq Vaşinqton razılaşmalarının əldə olunması tarixi dövr baxımından çox kiçik müddətdir:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
"Belə bir qısa müddətdə qalib dövlətlə məğlub olmuş dövlət arasında normallaşma prosesinin belə sürətlə getməsini çox nadir hallarda görmək olar. 2026-cı ildə heç kəs 100 faizlik zəmanət verməsə də, sülh sazişinin imzalanmasına nikbin baxıram".
Onun sözlərinə görə, Ermənistanda hazırda gedən ictimai diskurs, erməni cəmiyyətində qonşularla normallaşmanın vacibliyi barədə müzakirələr bunu deməyə əsas verir.
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu