Sülh Azərbaycanın şərtləri əsasında - onun tələblərinin yerinə yetirilməsi ilə həyata keçirilir. Bakının son açıqlamaları və Paşinyanın paylaşdığı məqalələr bunu təsdiqləyir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Suren Surenyants deyib.
“Məqalə “Paşinyanın sülhü - Azərbaycanın şərtləri ilə: Paşinyan Bakının yeni tələbini qəbul etdi” başlığı altında dərc olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə yaxınlarda bəyan edib ki, Qazax rayonunun üç kəndinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması hər zaman Bakının prioriteti olub.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Onun sözlərinə görə, bu məsələ sərhədlərin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir”.
Surenyantsın sözlərinə görə, Azərbaycan sülhün yalnız bütün tələblərin tam yerinə yetirilməsi halında mümkün olduğunh gizlətmir:
“Paşinyan isə öz Teleqram kanalında bildirib ki, delimitasiya nəticəsində Ermənistan Artsvaşeni (Başkənd – red.) və digər “işğal olunmuş əraziləri” geri qaytarmalıdır. Lakin bu, Artsvaşeni qaytarmaq cəhdi deyil, qarşılıqlılıq illüziyası yaratmaqdır.
Artsvaşen mövzusu heç vaxt danışıqlar gündəliyində olmayıb (ən azı Azərbaycanın baxımından), halbuki anklavlar məsələsi çoxdan Bakının tələbləri siyahısına daxil edilib.
Beləliklə, nəticə çıxarmaq olar ki, Paşinyan ya artıq razılaşıb, ya da sadəcə müqavimət göstərməkdən imtina edib”.
Ekspertin fikrincə, anklavların qaytarılması Ermənistan üçün təhlükəsizlik və institusional sabitlik baxımından fəlakət olacaq:
“Ermənistanın alternativ yolu var idi:
- Artsvaşenin dörd anklavla mübadiləsi,
- Ya da məsələnin dondurulması, yəni İrəvan və Bakı arasında etimad mexanizmləri formalaşanadək gözləmək.
Sureyantsın sözlərinə görə, belə addımlar dövlət maraqlarına uyğun və suverenliyə xələl gətirmədən atıla bilər.
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...