Bir həftəlik, yaxud 10 günlük Bakıya gələcəyəm.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-da mühacirətdə yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev Müsavat TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ötən ay qızı, həyat yoldaşı və nəvəsi Azərbaycana səfər edib.
“Ola bilsin, mən də bir həftəlik, yaxud bir aylıq Azərbaycana səfər edim. Baxaq da…” - deyə R.Quliyev vurğulayıb. Sabiq sədr azad olunmuş Qarabağa, Xankəndinə getmək istədiyini deyib.
Eks-spiker ABŞ-dan birdəfəlik Azərbaycana yaşamaq üçün köçməyi istisna edib:
“Mənim bir aydan sonra 78 yaşım tamam olur. Bu çox böyük yaşdır. Gəlib Azərbaycanda nə edəcəyəm? Övladlarım, nəvələrim Amerikada işləyir, yaşayır. Onlar daha Azərbaycana köçüb yaşayası deyillər. Gələndə də səfərə gəlib qayıda bilərlər”.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı