Azərbaycan Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Dəyişikliyə əsasən, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 3 nömrəli cədvəli – "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər"in "c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular" yarımbəndinin "Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular" sütununun "Boy (sm-lə)" sətrinin 17-ci qrafasında "170" rəqəmləri "160" rəqəmləri ilə əvəz edilib.
Bu da o deməkdir ki, təlim (xidmət) üçün seçilən dərin sularda işləyən dalğıc, akvanavtların boyu 170-180 sm yox, 160-180 sm olmalıdır.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar