İraqın rabitə naziri, İraq-Azərbaycan birgə komissiyasının sədri Xəyyam əl-Yəsri iki ölkə arasında imzalanmış sazişlərin və anlaşma memorandumlarının həyata keçirilməsinin gedişini müzakirə etmək üçün Azərbaycana rəsmi səfərə gəlib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, həmçinin rabitə və rəqəmsal inkişaf sahəsində əməkdaşlığın yeni imkanlarının öyrənilməsinə yönəlib.
İraqın Rabitə Nazirliyindən bildirilib ki, Yəsrinin səfəri Bağdadın Azərbaycanla iqtisadi və texnoloji tərəqqiyə töhfə verən birgə təşəbbüsləri təşviq etmək niyyətini nümayiş etdirir.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar