Sayman Aruz məsələsi ilə bağlı yaxın günlərdə qərar veriləcək.
Bu barədə BUTA.TV-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Güney Azərbaycan ədəbiyyatçılarının Sayman Aruzla bağlı müraciətini şərh edərkən deyib.
“Sayman Aruzla bağlı yaxın günlərdə iclas keçiriləcək. Qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq”, - o vurğulayıb.
Qeyd edək ki, Güney Azərbaycanın tanınmış yazar və tədqiqatçıları Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasına rəhbərlik edən Sayman Aruzla bağlı bəyanat yayıblar.
Bəyanatda Sayman Aruzun “Güney Azərbaycan şöbəsi” adı ilə həyata keçirdiyi fəaliyyətin ədəbi birliyin inkişafına xidmət etmədiyi, bu şəxsin Güney yazarlarını təmsil etmədiyi vurğulanıb.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar