Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat layihələri mahiyyət etibarı ilə sərfəli deyil və region ölkələri arasında əməkdaşlığa xələl gətirmək məqsədi daşıyır.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu iddianı Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskay deyib.
Rusiyalı diplomat bildirib ki, bölgədə nəqliyyat dəhlizlərinin (“Tramp yolu” və ya Zəngəzur dəhlizini nəzərdə tutur - red.) yaradılması mövzusu çox fəal müzakirə olunur və burada əsas amil logistik xərc və marşrutların rentabelliyidir:
“Qərb tərəfdaşlarının təşviq etdiyi marşrutlar Rusiya və İrandan yan keçir, bu layihələr iqtisadiyyatdan çox geosiyasətə əsaslanır. Digər tərəfdən, Qazaxıstandan (Azərbaycan vasitəsilə) Ermənistana son yükdaşıma təcrübəsi göstərir ki, region ölkələri siyasi iradə olduğu halda öz marşrutlarını qura bilərlər”.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Litskay 3+3 platforması barədə qeyd edib ki, bu format əgər onlar regiona konstruktiv ideyalarla gəlirlərsə, xarici qüvvələrlə əməkdaşlığı istisna etmir: “Moskvada keçirilmiş ilk görüş formatın aktual olduğunu göstərdi”.
Diplomatın sözlərinə görə, Rusiya regiondakı proseslərin müzakirəsi zərurətini nəzərə alaraq yeni görüşlərin keçirilməsini gözləyir. Növbəti görüşün Azərbaycan və Ermənistanda baş tutmalı olduğu, məkan seçiminin tərəfdaşların qərarına buraxıldığı qeyd edilib.
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf
- Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov
- Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?
- Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?
- Arakçı Şəhidlər xiyabanını ziyarət etdi