2020-ci ildə 44 günlük müharibə zamanı həlak olanların bir qismi döyüş şəraitində ölməmişdi.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ümumerməni Həkimlər Assosiasiyası” QHT-nin rəhbəri Sergey Mxitaryan deyib.
O, Ermənistan ordusunun tibbi təchizatının çox zəif olduğunu bildirib:
“Yalan danışmamaq lazımdır. Müharibə zamanı həlak olanların bir qismi xəstəxanalara yerləşdirilən, döyüş meydanlarından güclə çıxarılan yaralılar idi. Onlar məhz tibb sahəsində yaşadığımız çatışmazlıqlara görə xilas edilə bilmədilər. Əsgərləri itirdik. Hətta 2022-ci il sentyabr döyüşlərində də eyni problemlə üzləşdik. Bunlar yanlış tibbi müdaxilə metodlarına görə baş verirdi. Müdafiə Nazirliyinin tibbi xidmətində ciddi nöqsanlar var. Dərman preparatlarının təminatı, tibb xidmətinin çevik hazırlıq səviyyəsi yaxşı deyil. Adicə tibb bacıları 3 ildən bir ixtsasartırma kurslarından keçirlər. Bu, zəif göstəricidir. Bizdə həkimklər, tibb işçiləri müharibə şəraitində yaralılara çevik və peşəkar müdaxilə edə bilmirlər”.
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
- Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...
- Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi...
- Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
- “Bakı Bus” milyonları hara xərcləyir?