Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarova ilə birlikdə Bakı və İrəvan parlamentariləri arasında əlaqələri genişləndirilmiş formatda müzakirə edəcəyini istisna etməyib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Biz həmişə kontakt üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışırıq, azərbaycanlı həmkarım da bu cür əlaqələrin məntiqini yüksək qiymətləndirir. Hələlik söhbət olmasa da, güman edirəm ki, İstanbulda keçiriləcək Parlamentlərarası Birlik Konfransı çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri arasında kontakt baş tutacaq. Həmçinin qərarımıza əsasən, beynəlxalq kontekstdən kənarda, geniş formatda təmaslarımızın və deputatların görüşlərinin məntiqini müzakirə etməyə davam edəcəyik”, - o bildirib.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir