Sumqayıt şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri və qazilər, Sumqayıtda məskunlaşan Xocalı sakinləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərdən biri olduğunu vurğulayıb.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşunun tam bərpa olunduğu, Xocalı qurbanlarının qisasının alındığı və onların qanının yerdə qalmadığı vurğulanıb.
Qeyd olunub ki, dövlətimiz şəhid ailələrinə, müharibə iştirakçılarına və Xocalı sakinlərinə daim diqqət və qayğı ilə yanaşır. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər davam etdirilir.
- Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş
- Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
- Yeni layihə: Təbriz küçəsi belə olacaq - Foto
- Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat
- Məktəblərdə Tiktoka çıxış bloklandı
- “Azərişıq” ən ucqar kəndlərdə elektrik şəbəkəsini yeniləyir
- ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?
- “Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini