Bakının küçə və prospektlərində süni intellekt əsasında işləyən adaptiv işıqfor sistemi tətbiq olunmağa başlayıb.
BUTA.TV xəbər verir ki, pilot layihə çərçivəsində ümumilikdə 8 kəsişmədə ağıllı işıqforlar quraşdırılıb və artıq sınaq müddətində istifadəyə verilib.
Yeni sistem Binəqədi rayonu Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində, həmçinin 115 nömrəli tam orta məktəbin qarşısında – İbrahim Paşa Dadaşov küçəsi daxil olmaqla daha bir neçə ərazidə tətbiq edilir.
Adaptiv işıqforlar ənənəvi sistemdən fərqli olaraq nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında hərəkət intensivliyini avtomatik tənzimləyir. Yola quraşdırılan sensorlar, kameralar və bəzi hallarda radarlar vasitəsilə nəqliyyat axını ölçülür. Əldə olunan məlumat idarəetmə proqramına ötürülür və süni intellekt yaşıl işığın müddətinin hansı istiqamətdə artırılıb-azaldılması barədə qərarı avtomatik verir.
Ənənəvi işıqforlarda isə vaxt əvvəlcədən təyin olunur və təxminən 150 kəsişmədə sistem mərkəzdən idarə edilir.
Daha ətraflı süjetdə:
- Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş
- Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
- Yeni layihə: Təbriz küçəsi belə olacaq - Foto
- Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat
- Məktəblərdə Tiktoka çıxış bloklandı
- “Azərişıq” ən ucqar kəndlərdə elektrik şəbəkəsini yeniləyir
- ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?
- “Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini