24 fevral 2026-cı il tarixində “AzerGold” QSC-nin təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi ilə həyata keçirilən “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekunlarına dair görüş keçirilib.
Tədbirdə qurum rəhbərləri, rayon icra hakimiyyətləri, yerli icma nümayəndələri və fermerlər iştirak edib.
“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev, AXA-nın sədri Sərdar Hacıyev, müvafiq olaraq Daşkəsən və Göygöl rayon icra hakimiyyətlərinin başçıları Orxan Abbasov və Vüqar Novruzov çıxış edərək layihənin əhəmiyyətini barədə danışıb, əsas nəticələri təqdim ediblər.
Qeyd edilib ki, heyvan, bitki, torpaq və su nümunələri üzrə aparılan geniş laborator analizlərin elmi təhlillərinə əsasən QSC-nin hasilat və istehsalat fəaliyyətinin təbiətə, torpağa və məhsuldarlığa hər hansı mənfi təsiri qeydə alınmayıb. Aqrokimyəvi analizlər nəticəsində ərazidəki su mənbələrinin suvarma üçün tam yararlı olduğu müəyyən edilib. Heyvan sağlamlığı üzrə aparılan müayinələrdə xüsusi təhlükəli xəstəlik aşkarlanmayıb.
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
Bitki mühafizəsi istiqamətində 213 fermer təsərrüfatında monitorinqlər aparılıb, zərərvericilər müəyyən edilərək fermerlərə fərdi tövsiyələr verilib. Həmçinin təşkil olunan 37 təlim vasitəsilə iştirakçılar aqrar sahədə bilik və bacarıqlarını artırıblar.
Xatırladaq ki, icrasına ötən il başlanılmış lahiyə Daşkəsən rayonunun Şadax yaşayış məntəqəsini, Bayan, Quşçu, Çovdar və Çaykənd, Göygöl rayonunun isə Tüllallar və Zurnabad kəndlərini əhatə edib. Layihənin məqsədi heyvandarlıq və bitkiçilikdə məhsuldarlığı artırmaq, aqrar fəaliyyətin ekoloji tələblərə uyğun təşkili və yerli təsərrüfatlara elmi əsaslı dəstək göstərməkdir.
- MM-də müzakirələr başladı
- Paşinyandan sülh sazişi barədə - Açıqlama
- Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan Video
- “Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
- Bakıda 13 yaşlı oğlan və atası dəm qazından öldü
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı
- Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto