Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda boks üzrə yeniyetmə və böyüklər (qızlar və oğlanlar) arasında keçirilən Azərbaycan çempionatında uğur qazanmış idmançılarla görüş keçirilib.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, idman-sağlamlıq klubunda keçirilən görüşdə klubun rəisi polkovnik Füzuli Musayev, məşqçi müəllimlər və idmançılar iştirak ediblər.
Qeyd edək ki, Bakı Boks Mərkəzində keçirilən yarışda FHN-in boks üzrə yeniyetmə və böyüklərdən ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun məşqçi müəllimləri Vüqar Hüseynov və Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, yenyetmə qızlar arasında 52kq çəki dərəcəsində Alsu Yafarova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklər arasında isə komandanın üzvü 80kq çəki dərəcəsində Ayxan Həsənov yarışın bürünc medalının sahibi olub.
Qaliblər Gənclər və İdman Naziirliyinin təsis etdiyi diplom və medalla təltif olunublar.
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda iştirak edən məşqçi müəllimləri və nailliyyət əldə etmiş idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
- Hamı onun ölümündən sarsılıb - Axtarışına bütün kənd qoşulmuşdu...
- Səslərin 90%-i hesablanıb, Paşinyanın partiyası liderdir - Yenilənib
- İran İsrailə raket zərbələri endirdi
- Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi