Ötən gün gecə saat 2 radələrində paytaxtın Şərifzadə küçəsində Elnur Ağayevin idarə etdiyi BYD markalı avtomobillə velosipedçi vurulub. Nəticədə 51 yaşlı velosipedçi Natiq Vahabov hadisə yerində həyatını itirib. Təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntüdə velosipedçinin çoxzolaqlı yolu nəzərdə tutulmayan yerdən və işıqforun qadağanedici siqnalında qarşı tərəfə keçmək istəməsi, yolayrıcına daxil olan avtomobilin isə kifayət qədər sürətli hərəkət etməsi aydın müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən velosipedçilərə müraciətində bildirilib.
Qeyd olunub ki, hadisəyə müvafiq araşdırmadan sonra hüquqi qiymət veriləcək. Lakin, təəssüf doğural hal odur ki, yollarımızda oxşar mənzərəyə tez-tez rast gəlmək mümkündür.
"Halbuki iki və daha çox zolağı olan yolda sola dönmək və ya yolu keçmək istəyən sürücü velosipeddən düşməli və velosipedi əli ilə hərəkətə gətirərək yolu qanunla nəzərdə tutulmuş yerdən qarşı tərəfə keçməlidir.
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır", - məlumatda vurğulanıb.
- MM-də müzakirələr başladı
- Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan Video
- “Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
- Bakıda 13 yaşlı oğlan və atası dəm qazından öldü
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı
- Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
- Bakının iki rayonunda işıq olmayacaq