Regionda baş verən hadisələrlə əlaqədar 28 fevral 2026-cı il tarixindən etibarən Küveytin hava məkanı bağlı olaraq qalır.
BUTA.TV xəbər verir ki, bu, Azərbaycanın Küveytdəki səfirliyinin X-dəki hesabında yayılan elanda qeyd olunub.
"Vətəndaşlarımızın Küveytin rəsmi qurumlarının açıqlamalarını, eləcə də Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyinin məlumatlarını diqqətlə izləmələri, səlahiyyətli orqanlar tərəfindən verilən təhlükəsizlik qaydalarına və tövsiyələrinə ciddi şəkildə əməl etmələri tövsiyə olunur" , - məlumatda bildirilib.
Qeyd olunub ki, qeyri-rəsmi mənbələrdən yayılan məlumat və şayiələrə etibar edilməməsi vacibdir:
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
"Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızın zəruri hallar istisna olmaqla yaşayış yerlərini tərk etməmələri, mümkün qədər evdə qalmaları tövsiyə edilir. Küçədə olarkən həyəcan siqnalları və ya partlayış səsləri eşidildiyi təqdirdə, dərhal qapalı və mühafizə olunan yerlərə sığınmaq vacibdir. Hava hücumundan müdafiə tədbirləri nəticəsində zərərsizləşdirilən sursat qalıqlarının düşməsi şəxsi təhlükəsizlik üçün risk yarada bilər".
Vətəndaşlar hər hansı fövqəladə vəziyyətlə üzləşdiyi təqdirdə Azərbaycanın Küveytdəki səfirliyinin birbaşa qaynar xətti olan +965 6095 5596 ilə əlaqə saxlaya bilərlər:
"Eyni zamanda, səfirliyin elektron poçt ünvanı vasitəsilə əlaqǝyǝ keçə bilərsiniz [email protected]".
- MM-də müzakirələr başladı
- Paşinyandan sülh sazişi barədə - Açıqlama
- Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan Video
- “Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
- Bakıda 13 yaşlı oğlan və atası dəm qazından öldü
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı
- Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto