İranda dəqiq zərbələr: növbə məscidlərindir?

23:33 - 3 Mart 2026 - SİYASƏT

 İranda dəqiq zərbələr: növbə məscidlərindir?

İsrail və ABŞ qüvvələri İranda əvvəlcədən kəşfiyyatdan koordinatları əldə edilən ərazilərə dəqiq zərbələr endirir.

Bu barədə BUTA.TV İrandakı yerli mənbələr məlumat verib. Bildirilir ki, İran şəhərlərində ilk olaraq hərbi bazalar, aerodromlar və raket bazaları, silah anbarları hədəf alınıb. Bunun ardınca isə polis idarələri, hətta sahə polis məntəqələrinə zərbələr endirilir.

Sakinlərin iddiasına görə, növbəti hədəf məscidlər ola bilər. Çünki məscidlərin böyük əksəriyyətinin həyətində və yaxınlığında SEPAH-a bağlı “Bəsic” yarımhərbi qüvvələrinin mərkəzləri yerləşir.

Qeyd edək ki, ABŞ və İsrail İrana hərbi əməliyyata 28 fevralda başlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol