Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adı ilə mükafat verən Fəqani Hüseynov həbs olunub.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutka həbs qərarı verilib.
Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs "Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın", həmçinin ölkə Prezidentinin adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib. Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkələrdə rezonans doğurub.
- MM-də müzakirələr başladı
- Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan Video
- “Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
- Bakıda 13 yaşlı oğlan və atası dəm qazından öldü
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı
- Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
- Bakının iki rayonunda işıq olmayacaq