Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.
BUTA.TV xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.
Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib. Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allerqologiya sahələrində stasionar tibbi xidmət göstərən yeganə ixtisaslaşmış müəssisədir.
Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə tədbirləri həyata keçirilir, pasiyentlərin sağlamlığının qorunması və bərpası istiqamətində kompleks yanaşma tətbiq olunur.
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Abşeronda 42 yaşlı qadın faciəvi şəkildə öldü
- MM-də müzakirələr başladı
- Paşinyandan sülh sazişi barədə - Açıqlama
- Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan Video
- “Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
- Bakıda 13 yaşlı oğlan və atası dəm qazından öldü
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı