Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı - Video

11:48 - 13 Mart 2026 - GÜNDƏM

 Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı - Video

Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsi məlumat yayıb.

Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Bu xəbər hal-hazırda çox oxunur
DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol