"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu gün saat 09:00-dan 14:00-dək olan müddətdə Çin (1 nəfər) və Azərbaycan (5 nəfər) vətəndaşları sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olublar.
Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.
Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
- İran İsrailə raket zərbələri endirdi
- Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- Ermənistanda seçici fəallığı ilə bağlı statistika - Açıqlandı
- İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir