“Azercell Telekom” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək təşəbbüslərini davam etdirir. Şirkət bu dəfə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə Novruz və Ramazan bayramları münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət edib. Təşəbbüs inklüziv dəyərlərin təşviqinə, gənc nəslin inkişafına və sosial həmrəyliyin gücləndirilməsinə yönəlib.
Görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində baş tutub.
Təşkilatların nümayəndələri uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlu gələcək arzulayıblar. Paralimpiya çempionları öz növbələrində şəxsi həyat hekayələri əsasında əzmkarlıq və inamın uğura aparan əsas amillər olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Azercell üçün cəmiyyətin həssas qruplarına diqqət və qayğı - prioritet istiqamətlərdəndir. Şirkət müxtəlif sosial təşəbbüslər həyata keçirməklə uşaqların sosial, intellektual və fiziki inkişafına dəstək göstərir.
Qeyd edək ki, şirkət 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. "Azercell"in davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Oyunlarının əhatə dairəsi genişlənib və ölkə boyu yüzlərlə sağlamlıq imkanları məhdud uşaqlar idmanla məşğul olmaq imkanı əldə edib.
- İran İsrailə raket zərbələri endirdi
- Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- Ermənistanda seçici fəallığı ilə bağlı statistika - Açıqlandı
- İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir