Səhər saatlarından etibarən Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə BUTA.TV-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinə təqdim edilir. Aidiyyəti qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
- İran İsrailə raket zərbələri endirdi
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- Ermənistanda seçici fəallığı ilə bağlı statistika - Açıqlandı
- İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir
- Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı - Video