Fransanın Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyası keçirilib. Martın 31-dən başlayan sessiya aprelin 2-dək davam edir.
BUTA.TV xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən gün yaydığı məlumata görə, Azərbaycan nümayəndə heyətinə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov rəhbərlik edir.
Sessiyada müasir demokratiyanın üzləşdiyi ciddi çağırışlar - böhran vəziyyətində yerli demokratiya, təhlükəsizlik və müdafiə, regional inkişaf, yeni texnologiyalar və sosial hüquqlar kimi məsələlər müzakirə olunur.
TNS TV dəqiqləşdirib ki, Naxçıvan Ali Məclisi feyk məlumat yayıb. Belə ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ali Məclis sədrinin müavini Arzu Abdullayevdir, nümayəndə heyəti rəhbərinin müavini Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərovdur. Bəxtiyar Məmmədov, Bəhruz Abbasov, Samirə Hüseynova, Xumar Məmmədova isə nümayəndə heyətinin üzvləridir. Bəxtiyar Məmmədovla Xumar Məmmədova Ali Məclisi, Bəhruz Abbasov, Samirə Hüseynova bələdiyyələri təmsil edirlər.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Bütün bu məlumatlar Avropa Şurasının saytında öz əksini tapıb. İndi sual olunur: Naxçıvan Ali Məclisi niyə feyk məlumat yayaraq, Bəxtiyar Məmmədovu nümayəndə heyətinin rəhbəri kimi təqdim edib?
Bu, ictimaiyyəti aldatmaq cəhdidir.
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir
- Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı - Video
- Ermənistanda parlament seçkisində səsvermə prosesi başa çatdı
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib