Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktorunun səlahiyyətlərinin icraçısı Anar İsrafilov Ucar Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Zeynal Bayramlını özünə müşavir təyin edib.
BUTA.TV xəbər verir ki, fevral ayında Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad ediləndən sonra bu vəzifə Anar İsrafilova həvalə edilib.
Başqa sözlə, Anar İsrafilov TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən şəxsdir. Əvəzedicinin özünə müşavir təyin etməsi Azərbaycan reallığında nadir rast gəlinən “təcrübədir”.
Üstəlik, əldə etdiyimiz məlumata görə, A.İsrafilov TƏBİB-də çalışanlara Zeynal Bayramlıya böyük səlahiyyətlər verdiyini çatdırıb və faktiki olaraq özündən sonra bütün səlahiyyətləri yeni müşavirin daşıdığını bildirib.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Xatırladaq ki, Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur və Ucar Rayon Mərkəzi Xəstəxanasına da onun tapşırığı ilə baş həkim təyin olunmuşdu. Mətbuatda Z.Bayramlının qanunsuz hərəkətləri haqda kifayət qədər materiallar dərc olunub və heç vaxt da bu iddialar təkzib edilməyib. Bu cür mənfi reputasiyaya malik bir şəxsin TƏBİB kimi strateji bir qurumda müşavir təyin olunması diqqət çəkməyə bilməz.
Aldığımız məlumata görə, Anar İsrafilovla Zeynal Bayramlı qrup yoldaşıdır.
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı