Paytaxtda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəzi universitetlərdə dərs prosesinə təsir etdiyi, bəzi universitetlərdə dərslərin dayandırıldığı ilə bağlı xəbərlər yayılıb.
Müşahidə olunan hava şəraiti paytaxtda dərslərə necə təsir edib?
BUTA.TV xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Xəzər Universitetinin mətbuat xidmətindən bildirilib ki, universitetdə dərslər dayandırılmayıb, lakin onlayn formata keçirilib:
"Xəzər Universitetində dərslərin dayandırıldığı iddiaları doğru deyil. Dərslər dayandırılmayıb, sadəcə bugünlük online formata keçirilib".
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də bildirilib ki, bu gün dərslərin formatında dəyişiklik edilib:
"Bakalavrlar ənənəvi qaydada dərsə gəliblər. Magistr tələbələri üçün isə bu gün dərslər onlayn formata keçirilib".
Bakı Dövlət Universitetindən isə bildirilib ki, tədris ənənəvi qaydada davam edir: " Tələbələrin davamiyyəti də qaydasındadır, heç bir problem yoxdur".
Azərbaycan Tibb Universitetindən də bildirilib ki, hazırda davamiyyət qaydasındadır, dərs prosesində axsama və ya dəyişiklik yoxdur, tədris ənənəvi qaydada davam edir.
UNEC-dən də tədrisin ənənəvi qaydada davam etdiyi, hansısa dəyişikliyin olmadığı bildirilib.
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı