Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
BUTA.TV xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.
“Dünən qəbiristanlıq ərazisində tapılan körpənin “anacığı” tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...
Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?” Çiyinlərini çəkdi...”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Kəmalə Ağazadə 2 yaşlı uşağın tapılması barədə məlumat yaymışdı.
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi