Abşeron rayonu ərazisində qəbiristanlıq ərazisinə atılan azyaşlının atası tapılıb.
BUTA.TV bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, həmin şəxsin uşaqla heç vaxt ünsiyyəti olmayıb:
“Burada bioloji atadan söhbət gedir. Onun uşaqla heç vaxt ünsiyyəti olmayıb. O, uşaq barəsində heç nə bilmir. Sadəcə şəkilini görüb. Bu şəxsi sığınacağa dəvət etmişik, gəldikdən sonra söhbət aparılacaq”.
Xatırladaq ki, mayın 4-də “Fatimeyi-Zəhra” məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı oğlan uşağı tapılıb.
Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib.
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi