Mayın 10-14-də Azərbaycanda keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının birinci mərhələsinin finiş xətti Sumqayıt şəhərində olacaq.
BUTA.TV “Unikal”a istinadla xəbər verir ki, bununla əlaqədar şəhərin bir sıra prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Belə ki, mayın 10-da Sülh prospekti, Koroğlu prospekti, Üzeyir Hacıbəyov küçəsi, Zülfü Hacıyev küçəsi, Heydər Əliyev prospekti və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Mayın 11-də isə Sahil küçəsi, Bulvar küçəsi, Polad Həşimov küçəsi, Səməd Vurğun küçəsi və Sülh prospektində yollar bağlı olacaq.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri, yol hərəkəti qaydalarına və aidiyyəti qurumların əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur.
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?