Ermənistan Baş naziri Nikol Paşinyan 8 mayda Zəngəzur bölgəsinin Laçınla sərhəddə yerləşən Dığ (Teq) kəndində olub.
"BUTA TV" xəbər verir ki, Paşinyan kənddə təsadüfi rastlaşdığı bir gəncə Ermənistanın 29,7 kv.km-lik ərazisini əks etdirən döş nişanı təqdim edib. Gənc isə onu götürməkdən imtina edib. Gənc bildirib ki, bu, “kiçik xəritədir”. Həmçinin deyib ki, Zəngəzurun da “itirilməsi riski” ola bilər: pizza mizza
“Görürsünüz, cənab Paşinyan, mən çirk içindəyəm, evlər tikirəm. Tikintiyə davam edim, yoxsa nə vaxtsa başqa bir şey ola bilər (yəni Zəngəzur Azərbaycana verilə bilər - red.)?”
Paşinyan isə qeyd edib ki, o, həqiqətən Zəngəzuru itirməkdən narahat olsaydı, tikintiyə heç başlamazdı:
“Evlər tikməyə nə vaxt başladınız? Xəritə böyük olanda niyə bunu etmədiniz?” deyə Paşinyan Qarabağın işğal altında olduğu dönəmdə tikintiyə cəsarət etmədiklərinə işarə vurub.
Daha sonra dialoq bu cür davam edib:
Gənc: - Baxın, bu, sadəcə eybəcərdir. Siz bu xəritəni tutub hamımıza deyirsiniz: biz bütün bunlara uyğunlaşmalıyıq.
Paşinyan: - Bəli, biz buna uyğunlaşmalıyıq, çünki bunlar Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləridir.
Göründüyü kimi, tam sərhədimizdə yaşayan gənc ermənilər müharibəyə və işğala can atırlar.
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar