Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV”nun məlumatına görə, qəza rayonun Çuxurməhlə kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.
Ölən şəxslərin hərbçi olduqları bildirilir.
FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada ölən şəxslərin adları məlum olub.
Onlar - leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu, Abbasov İsmayıl Abdulla oğludur.
Ziya Əmirxanlı


- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video