Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb. Bildirilib ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil olunub. Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə xüsusi müşahidə kameraları da quraşdırılıb.
Qeyd edilib ki, müəyyən olunan hərəkət qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.
Belə ki, əks istiqamətdə hərəkət edən sürücülər 4 cərimə balı və 150 manat məbləğində cərimə ilə üzləşə bilərlər.
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Kəlbəcərdə həyatını itirən Rəcəbin - Fotosu