Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyevlə Ege Ordusu və Qarnizon komandanı ordu generalı İrfan Özsert arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən görə, görüşdə ölkələrimizin iştirakı ilə keçirilən beynəlxalq təlimlərin ordularımızın döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.
Qeyd olunub ki, bu cür tədbirlər hərbi qulluqçularımızın bilik və bacarıqlarının artırılmasında, təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.
Tərəflər, həmçinin hərbi və hərbi-texniki sahələrdə həyata keçirilən birgə fəaliyyətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Kəlbəcərdə həyatını itirən Rəcəbin - Fotosu