Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
BUTA.TV lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
İlk baxış iclası 20 may tarixinə təyin edilib.
Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Kəlbəcərdə həyatını itirən Rəcəbin - Fotosu