Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində yeni təyinat olub.
BUTA.TV Banker.az-a istinadla xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.
O, 2021-ci ilin mayından 2024-cü ilin yanvarına kimi İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub. 2024-cü ilin yanvarından 2026-cı ilin mayına kimi isə "Rəqəmsal Tibbi Həllər" MMC-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb.
İbrahim İbrahimov 2006-10-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012-14-cü illərdə isə kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Kəlbəcərdə həyatını itirən Rəcəbin - Fotosu